03/02/2023
11:26
1077
| A A A
ÇL öncəsi PSG-də şok itki

PSG-nin zədəli futbolçusu Kilian Mbappenin durumu məlum olub.

Goal.az xəbər verir ki, bu gün tibbi müayinədən keçən hücumçunun bisebs əzələsində problem aşkarlanıb. Onun təxminən 3 həftə meydana çıxa bilməyəcəyi açıqlanıb.

Bu isə o deməkdir ki, Mbappe fevralın 14-də Çempionlar Liqasının 1/8 finalında Bayern ilə keçiriləcək görüşü buraxacaq.

Digər zədəli futbolçu Serxio Ramosun da bu gün müayinədən keçəcəyi bildirilib.

GÜNÜN ƏN ÇOX OXUNANLARI