Bu gün UEFA Çempionlar Liqasında (ÇL) 1/8 final mərhələsinin daha iki oyunu keçiriləcək.
Goal.az xəbər verir ki, hər iki qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Gecənin ən prinsipial matçı İngiltərədə Liverpool-la İspaniya Real Madrid-i arasında baş tutacaq. Görüşü rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edəcək.
Komandalar indiyədək Avropanın ən nüfuzlu klub turnirində 9 dəfə üz-üzə gəliblər. Bunların 5-də "kral klubu", 3-də "qırmızılılar" qalib gəliblər. Bir qarşılaşma isə heç-heçə ilə yekunlaşıb.
Gecənin digər matçında isə ÇL-in iddialı kollektivlərindən İtaliya Napoli-si Almaniyada Eintracht-ın qonağı olacaq. Oyunda ədaləti portuqaliyalı hakim Artur Diaş qoruyacaq.
İki komandanın Çempionlar Liqasında yolu cəmi bir dəfə kəsişib. 1994/1995 mövsümünə təsadüf edən hər iki qarşılaşmada Bundesliqa təmsilçisi 1:0 hesablı qələbəyə sevinib. (report)