21/02/2023
12:24
3305
| A A A
Borussia Dortmund-da itki

Dortmund Borussia-sının hücumçusu Kərim Adeyemi zədə səbəbindən təxminən üç həftə meydana çıxa bilməyəcək.

Goal.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. O, Bundesliqanın 21-ci turunda Hertha (4:1) ilə matçda zədələnib. 21 yaşlı oyunçuya əzələ lifinin qopması diaqnozu qoyulub .

Beləliklə, Adeyemi Çempionlar Liqasının 1/8 final mərhələsinin martın 7-də Londonda Chelsea ilə keçiriləcək cavab görüşündə oynamayacaq.

Qeyd edək ki, bu komandalar arasında ilk oyunda Borussia 1:0 hesabı ilə qalib gəlib. Komandanın yeganə qolunu Adeyemi vurub.

GÜNÜN ƏN ÇOX OXUNANLARI