Çempionlar Liqası: Bu gün 1/8 finalın ilk oyunlarına yekun vurulacaq
Bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində ilk matçlara yekun vurulacaq.
Goal.az xəbər verir ki, son oyun günündə də iki qarşılaşma baş tutacaq.
Turnirin favoritlərindən İngiltərə Manchester City-si Almaniyada Leipzig-in qonağı olacaq. Görüşü Niderlanddan olan Türkiyə əsilli Serdar Gözübüyük idarə edəcək.
Digər oyun isə İtaliyada İnter və Portuqaliyanın Porto komandası arasında keçiriləcək. Qarşılaşmanın baş hakimi serbiyalı Srcan Yovanoviç olacaq. (report)