Kvaratsxeliyadan tarixi göstərici
Gürcüstan millisinin futbolçusu Xviça Kvaratsxeliya Napoli-nin tarixinə düşüb.
Goal.az xəbər verir ki, 22 yaşlı hücumçu buna Almaniyada Eintracht Frankfurt-a 2:0 hesabı ilə qalib gəldikləri matçda nail olub.
İkinci qolda məhsuldar ötürmənin müəllifi olan gürcüstanlı forvard Neapol təmsilçisinin heyətində qitənin bir nömrəli klub turnirində 4 assist edən ilk oyunçudur.
Qeyd edək ki, komandalar arasındakı cavab qarşılaşması martın 15-də olacaq.