Mahrez 5-ci oldu
Manchester City Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda Leipzig-lə qarşılaşıb.
Goal.az xəbər verir ki, matçda hesabı açan Manchester City-li Riyad Mahrez turnirdə vurduğu qolların sayını 20-yə çatdırıb. Əlcəzairli yarımmüdafiəçi Çempionlar Liqasında ən çox qol vuran 5-ci afrikalı futbolçu olub.
Bu göstəricidə lider Məhəmməd Salahdır. Liverpool-da forma geyinən misirli forvardın aktivində 44 qol var.
Qeyd edək ki, Leipzig - Manchester City görüşü qollu bərabərliklə başa çatıb - 1:1.