24/02/2023
19:15
3025
| A A A
Çempionlar Liqası: Həftənin ən yaxşı futbolçusu müəyyənləşib

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin son dörd ilk oyunundan sonra həftənin ən yaxşı futbolçusu bəlli olub.

Goal.az xəbər verir ki, bu ada Real Madrid-in hücumçusu Vinisius Junior layiq görülüb.

Braziliyalı hücumçu səsvermədə Napoli-dən İrvinq Lozano, İnter-dən Hakan Çalhanoğlu və Manchester City komandasından Riyad Mahrezi qabaqlayıb.

Qeyd edək ki, Vinisius Junior İngiltərədə Liverpool-u 5:2 hesabı ilə məğlub etdikləri matçda 2 qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.

GÜNÜN ƏN ÇOX OXUNANLARI