Çempionlar Liqasında ən çox oyun keçirən baş məşqçilər
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) UEFA Çempionlar Liqasında (ÇL) ən çox oyun keçirən baş məşqçilərin adlarını açıqlayıb.
Goal.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirində ümumilikdə 8 mütəxəssis 100 və daha çox matça komanda çıxarıb.
Son olaraq İngiltərənin Liverpool klubunun baş məşqçisi Yurgen Klopp siyahıya qoşulub. Turnirin 1/8 final mərhələsində İspaniya təmsilçisi Real Madrid-lə (2:5) keçirilən qarşılaşma almaniyalı mütəxəssisin 100-cü görüşü olub.
Siyahıya Aleks Ferqyuson başçılıq edir. Şotlandiyalı 1980-2013-cü illər aralığında ÇL-də 202 oyun həyəcanı yaşayıb.