04/03/2023
12:01
3641
| A A A
PSG-də Bayern-lə oyun öncəsi ciddi itki

PSG-nin zədəli futbolçusu Neymar Çempionlar Liqasının 1/8 final mərhələsində Bayern-ə qarşı cavab oyununu buraxacaq.

Goal.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Kristof Qaltye öz açıqlamasında bildirib. O deyib: “Neymar Nant və Bayern ilə qarşıdakı iki matçda oynamayacaq. Neymarın yoxluğunun əhəmiyyətsiz bir hadisə olduğunu deyə bilmərəm. Bu, bizim üçün çox ciddi itkidir”.

Qeyd edək ki, Neymar fevralın 19-da Liqa 1-in 24-cü turunda Lille-lə matçda (4:3) zədələnərək meydanı xərəkdə tərk etmişdi.

GÜNÜN ƏN ÇOX OXUNANLARI