07/03/2023
11:00
14556
| A A A
Çempionlar Liqası: Bu gün 1/4 finalın ilk iştirakçıları bəlli olacaq

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab matçlarına start veriləcək.

Goal.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək. Bununla da 1/4 finalın ilk iştirakçıları müəyyənləşəcək.

Gecənin ən prinsipial matçı İngiltərədə Chelsea və Almaniyanın Borussia Dortmund komandaları arasında olacaq. Görüşü niderlandlı FIFA referisi Denni Makkeli idarə edəcək. Dortmunddakı ilk oyunda meydan sahibləri 1:0 hesablı qələbə qazanıblar.

Digər qarşılaşmada isə Benfica Portuqaliyada Belçika Brügge-sini qəbul edəcək. Matçın baş hakimi Türkiyə Futbol Federasiyasından Halil Umut Meler olacaq. İlk görüşdə Lissabon təmsilçisi rəqibini məğlub edib - 2:0. (report)

GÜNÜN ƏN ÇOX OXUNANLARI