Roma 31 ildən sonra yenidən finalda
Roma Konfrans Liqasının yarımfinal mərhələsində iki oyunun nəticəsinə görə Leicester City-ni 2:1 hesabı ilə məğlub edərək final mərhələsinə vəsiqə qazanıb.
Goal.az xəbər verir ki, Paytaxt təmsilçisi 31 ildən sonra ilk dəfə Avroliqada final mərhələsinə yüksəlməyi bacarıblar.
Qeyd edək ki, sonuncu dəfə 1991-ci ildə Roma UEFA Kubokunda İnter-lə qarşılaşıb (0:2, 1:0).