Abraham ən yaxşı seçildi
Avropa Konfrans Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu bəlli olub.
Goal.az xəbər verir ki, bu ada Roma-dan Temmi Abraham layiq görülüb.
24 yaşlı ingilis hücumçu Leicester City-yə 1:0 hesabı ilə qalib gəldikləri görüşdə qələbə qolunun müəllifi olub.
Konfrans Liqasında həftənin ən yaxşı oyunçusu adına Leicester-dən Uesli Fofana, Marseille klubundan Luan Peres və Feyenoord-dan Gernot Trauner də namizəd idi.