25/05/2022
10:00
5047
| A A A
Bu gün UEFA Konfrans Liqasının qalibi müəyyənləşəcək

Bu gün UEFA Konfrans Liqasında 2021/2022 mövsümünün qalibi bəlli olacaq.

Goal.az xəbər verir ki, ilk dəfə təşkil olunan turnirin final oyununda Roma Feyenoord komandaları üz-üzə gələcəklər. Albaniyanın paytaxtı Tiranadakı Milli Arenada keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edəcək.

UEFA Avropa Liqası

23:00. Roma (İtaliya) - Feyenoord (Niderland)

Baş hakim: İştvan Kovaç (Rumıniya)

Tirana, Milli Arena.