11/08/2022
10:02
1099
| A A A
Neftçi bu gün Avstriyada cavab oyununa çıxacaq

Neftçi bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxacaq.

Goal.az xəbər verir ki, "ağ-qaralar Avstriyada Rapid klubunun qonağı olacaq.

"Allianz" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:30-da start götürəcək. Qarşılaşmanı norveçli FIFA referisi Rohit Saqqinin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.

Meydan sahiblərində serbiyalı müdafiəçi Aleksa Peyiç cəzalı olduğu üçün matçı buraxacaq. Neftçi-də isə itki yoxdur.

Qeyd edək ki, ki, Bakıdakı ilk qarşılaşmada Azərbaycan təmsilçisi 2:1 hesablı qələbə qazanıb. Bu cütün qalibi pley-off mərhələsində Konyaspor (Türkiyə) - Vaduts (Lixtenşteyn) duelinin güclüsü ilə üz-üzə gələcək. Lixtenşteyndəki ilk oyunda qalib müəyyənləşməyib - 1:1. (report)