Azərbaycanın FIFA referisi Konfrans Liqasının oyununu idarə edəcək
FIFA referisi Rauf Cabarov yeni təyinat alıb.
Goal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Slovakiyada Slovan Bratislava və Litvanın Jalgris komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının qrup mərhələsinin I tur oyununu idarə edəcək.
Cabarova Namik Hüseynov və Cavanşir Yusifov kömək edəcək. Dördüncü hakim Fərid Hacıyev olacaq.
Qeyd edək ki, qarşılaşma sentyabrın 8-də baş tutacaq. (report)