Konfrans Liqası: Başakşehir-dən darmadağın, Sivasspor heç-heçə edib
UEFA Konfrans Liqasının qrup mərhələsində ilk tura yekun vurulub.
Goal.az xəbər verir ki, Türkiyənin turnirdəki digər təmsilçisi Sivasspor evdə Çexiyanın Slavia Praga komandası ilə qarşılaşıb. Matçda qalib müəyyənləşməyib - 1:1.
Hesabı 8-ci dəqiqədə qonaqlardan David Yurasek açıb. Meydan sahiblərinin bərabərlik qoluna isə 27-ci dəqiqədə Dia Saba imza atıb.
A qrupunda yer alan Türkiyənin turnirdəki təmsilçilərindən Başakşehir Şotlandiyada Harts-ı darmadağın edib - 4:0. Qolları 26-cı dəqiqədə Hasan Ali Kaldırım, 67-ci dəqiqədə Yussuf Ndayişimiye, 75-ci dəqiqədə Stiven Kinqsli (avtoqol) və 82-ci dəqiqədə Berkay Özcan vurub.