Bu gün UEFA Konfrans Liqasının qrup mərhələsində IV turun oyunları keçiriləcək.
Goal.az xəbər verir ki, Türkiyənin turnirdəki təmsilçilərindən Başakşehir bu tur pley-off vəsiqəni təmin edə bilər. Bunun üçün İstanbul təmsilçisi evdə Latviyanın RFŞ komandasına qalib gəlməli, eyni zamanda, Fiorentina-nın evdə Şotlandiya Hartz-ını məğlub etməsini gözləməlidir.
Başakşehir-lə yanaşı, daha 4 komanda vaxtından əvvəl 1/8 finala adlaya bilər. B qrupunda İngiltərə West Ham-i Belçika Anderlecht-ini yenəcəyi halda adını növbəti raunda yazdıracaq.
C qrupunda İspaniya Villarreal-ı pley-offa çıxmaq üçün Avstriyada Austria klubunu məğlubiyyətə uğratmalıdır. E qrupunda isə Niderlandın AZ Alkmaar komandası Kiprdə Apollon-a qalib gəlsə, qrupdan çıxmağı təmin edəcək. (report)