31/10/2022
12:28
1242
| A A A
Azərbaycanın FIFA referisi Konfrans Liqası matçına təyinat alıb

Azərbaycanın FIFA referisi Elçin Məsiyev növbəti dəfə UEFA-dan təyinat alıb.

Goal.az xəbər verir ki, 31 yaşlı hakim İsraildə Hapoel (Ber-Şeva) və Avstriyanın Austria (Vyana) komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının qrup mərhələsinin VI tur oyununu idarə edəcək.

Ona Elşad Abdullayev və Pərvin Talıbov laynsmanlar qismində yardımçı olacaq. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 3-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.(report)

GÜNÜN ƏN ÇOX OXUNANLARI