Konfrans Liqası: Qarabağ-ın pley-offdakı rəqibi bəlli olur
Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılacaq.
Goal.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ"ın da rəqibi bəlli olacaq.
Tədbir Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. UEFA Avropa Liqasında G qrupunu üçüncü sırada bitirən "köhlən atlar" Konfrans Liqasında öz qruplarında ikinci yeri tutmuş 8 komandadan biri ilə görüşəcək.
Səpələnməmişlər səbətində olan ölkə çempionu bu raundda Fiorentina (İtaliya), Basel (İsveçrə), Dnepr-1 (Ukrayna), Gent, Anderlecht (hər ikisi Belçika), CFR (Rumıniya), Lech (Polşa) və Partizan (Serbiya) klublarından biri ilə üz-üzə gələcək. (report)