09/11/2022
16:26
3943
| A A A
Qarabağ Gent ilə oyunlarının başlama saatı bəlli olub

Qarabağ-ın UEFA Konfrans Liqasının pley-off mərhələsində Belçika Gent-inə qarşı keçirəcəyi oyunların başlama saatı açıqlanıb.

Goal.az xəbər verir ki, 2023-cü il fevralın 16-da Bakıda gerçəkləşəcək ilk qarşılaşma saat 21:45-də start götürəcək. Görüş Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq.

Fevralın 13-də Gent şəhərində keçiriləcək cavab matçı isə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Qeyd edək ki, Qarabağ Avropa Liqasında yer aldığı G qrupunu 3-cü pillədə başa vurduğu üçün Konfrans Liqasının pley-off mərhələsində iştirak hüququ qazanıb. (report)

GÜNÜN ƏN ÇOX OXUNANLARI