13/01/2023
13:19
2262
| A A A
Qarabağ-ın Konfrans Liqası oyunlarında VAR sistemindən istifadə olunacaq

Qarabağ-ın UEFA Konfrans Liqasının pley-off mərhələsində Belçika klubu Gent-lə keçirəcəyi oyunlarda VAR sistemindən istifadə olunacaq.

Goal.az xəbər verir ki, turnirin bu mərhələsindən etibarən hakimlər VAR-dan yararlanacaqlar.

Pley-off mərhələsinin matçları fevralın 16-da və 23-də baş tutacaq. Qarabağ ilk oyununa Bakıda, cavab görüşünə isə səfərdə çıxacaq.

Qeyd edək ki, UEFA Konfrans Liqasında 2021/2022 mövsümündə yalnız yarımfinal və final görüşlərində VAR sistemindən istifadə olunub. (report)

GÜNÜN ƏN ÇOX OXUNANLARI