17/01/2023
18:18
1961
| A A A
Gent-in kapitanı Qarabağ-la oyunları buraxa bilər

Belçikanın Gent klubunun futbolçusu Vadis Ocica-Ofoe UEFA Konfrans Liqasının pley-off mərhələsində Qarabağ-la oyunları buraxa bilər.

Goal.az xəbər verir ki, buna səbəb 34 yaşlı kapitanın zədələnməsidir.

Ölkə çempionatının XX turunda Cortriejk-lə matçın (2:1) 16-cı dəqiqəsində zədələnərək əvəzlənən Belçika millisinin sabiq yarımmüdafiəçisi dizindən əməliyyat olunub. Vadisin yaşıl meydanlara nə vaxt qayıdacağı açıqlanmasa da, onun sağalma prosesinin bir neçə ay çəkməsi gözlənilir.

Qeyd edək ki, Qarabağ-la Gent arasında oyunlar fevralın 16-da və 23-də keçiriləcək.

GÜNÜN ƏN ÇOX OXUNANLARI