11/02/2023
12:51
3787
| A A A
Qarabağ - Gent oyunu Türkiyədəki zəlzələyə görə sükutla başlayacaq

Qarabağ-ın Bakıda Belçika Gent-inə qarşı keçirəcəyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu bir dəqiqəlik sükutla başlayacaq.

Goal.az xəbər verir ki, bu barədə Avropa futbol qurumu qərar qəbul edib.

Qarabağ - Gent matçı ilə yanaşı, gələn həftə avrokuboklarda baş tutacaq digər görüşlərdə də Türkiyədəki zəlzələ nəticəsində dünyasını dəyişənlərin xatirəsi yad olunacaq.

Qeyd edək ki, fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:45-də başlayacaq. Cavab matçı fevralın 23-də Gentdə olacaq. (report)

GÜNÜN ƏN ÇOX OXUNANLARI