13/02/2023
12:38
1604
| A A A
Polşalı futbolçu Qarabağ-la oyunu buraxacaq

Belçikanın Gent klubunun futbolçusu Kamil Pyontkovski Bakıda Qarabağ-a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununu buraxacaq.

Goal.az xəbər verir ki, buna 23 yaşlı müdafiəçinin çempionatın XXV turunda Vesterlo ilə 3:3 hesablı heç-heçə etdikləri matçda zədələnməsi səbəb olub.

52-ci dəqiqədə polşalı oyunçunu Yens Petter Hauge əvəzləyib.

Qeyd edək ki, fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq. Cavab görüşü fevralın 23-də Gentdə olacaq. Daha əvvəl Darko Lemayiçin hər iki matçda iştirak etməyəcəyi dəqiqləşib. (report)

GÜNÜN ƏN ÇOX OXUNANLARI