17/02/2023
16:39
1656
| A A A
Qarabağ-ın futbolçusu həftənin ən yaxşısı adına namizəd oldu

UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.

Goal.az xəbər verir ki, siyahıda Qarabağ-ın monteneqrolu yarımmüdafiəçisi Marko Yankoviç də yer alıb. Digər 3 namizəd isə Fiorentina-dan Luka Yoviç, Kiprin AEK-indən Anxel Qarsiya və Trabzonspor-dan Trezegedir.

Qeyd edək ki, Yankoviç ötən gün Bakıda Gent-ə (Belçika) 1:0 hesabı ilə qalib gəldikləri matçda qol ötürməsi edib. Onun görüş ərzindəki ötürmələrinin 67 faizi dəqiq alınıb. 

GÜNÜN ƏN ÇOX OXUNANLARI