Konfrans Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib
Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
Goal.az xəbər verir ki, bu, Kipr AEK-indən (Larnaka) Anxel Qarsiya olub.
30 yaşlı yarımmüdafiəçi Ukraynanın Dnepr-1 komandasına 1:0 hesabıyla qalib gəldikləri oyunda yeganə qolun müəllifi olub.
Xatırladaq ki, Konfrans Liqasında həftənin ən yaxşı futbolçusu adına Qarabağ-ın yarımmüdafiəçisi Marko Yankoviç də namizəd idi.