Gent - Qarabağ oyununun hakim heyəti müəyyənləşdi
Konfrans Liqasının pley-off mərhələsində Qarabağ-la Gent arasında Belçikada keçiriləcək səfər oyunu üçün hakim təyinatları açıqlanıb.
Goal.az xəbər verir ki, qarşılaşma Şotlandiyadan olan hakimlər briqadasına tapşırılıb.
Baş hakim Uilyam Kollam olacaq. Ona yan xətt hakimləri qismində Frensis Konnor və David Rum köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Nikolas Uolş yerinə yetirəcək.
İngiltərəli Devid Kut VAR hakimi, Li Betts isə onun köməkçisi olacaq.
Qeyd edək ki, Qarabağ-la Gent arasında Bakıda keçirilən ilk oyunda Ağdam təmsilçisi 1:0 hesablı qələbə qazanıb. Cavab qarşılaşması fevralın 23-də Gentdə olacaq və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.