Konfrans Liqasında 1/8 final mərhələsinin püşkü atıldı
Bu gün UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.
Goal.az xəbər verir ki, Türkiyənin Sivasspor klubu İtaliya Fiorentina-sı ilə üz-üzə gələcək.
Pley-off mərhələsində Qarabağ-ı mübarizədən kənarlaşdıran Gent-in rəqibi isə Türkiyə Başakşehir-i olacaq.
Konfrans Liqası
1/8 final mərhələsi
AEK (Larnaka, Kipr) - West Ham (İngiltərə)
Fiorentina (İtaliya) - Sivasspor (Türkiyə)
Lazio (İtaliya) - AZ Alkmaar (Niderland)
Lech (Polşa) - Jurgarden (İsveç)
Basel (İsveçrə) - Slovan (Slovakiya)
Sheriff (Moldova) - Nice (Fransa)
Anderlecht (Belçika) - Villarreal (İspaniya)
Gent (Belçika) - Başakşehir (Türkiyə)