22/08/2019
09:57
1706
| A A A
Qarabağ Linfield səfərində

Qarabağ bu gün növbəti avrokubok matçını keçirəcək.

Goal.az xəbər verir ki, Çempionlar Liqasının (ÇL) III təsnifatında mübarizəni dayandırdığı üçün yoluna Avropa Liqasında davam edən Ağdam təmsilçisi pley-off mərhələsinin ilk oyunu çərçivəsində “Linfild”in qonağı olacaq. Şimali İrlandiyanın paytaxtı Belfastdakı “Vindzor Park” stadionundan keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Mübarizəyə Avropa Liqasının II təsnifat mərhələsindən başlayan Linfield əvvəlcə Farer adalarının Torshavn komandasından güclü olub - 2:2, 1:0.

Qarabağ Linfield-lə oyuna itkilərlə çıxacaq. APOEL-i ev oyununda müvafiq olaraq sarı və qırmızı vərəqə alan mərkəz müdafiəçisi Rahil Məmmədovla pleymeyker Riçard Almeyda cəzalı duruma düşüblər.

Qeyd edək ki, Şimali İrlandiyada baş tutacaq matç “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanacaq. Bu komandalar arasında cavab görüşü avqustun 29-da Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.

 

Avropa Liqası

Pley-off mərhələsi, ilk oyun

22:45. “Linfild” (Şimali İrlandiya) – “Qarabağ” (Azərbaycan)

Baş hakim: Sandro Şerer

Yan xətt hakimləri: Stefan De Almeyda, Bekim Zoqay

Dördüncü hakim: Fedayi San (hamısı İsveçrə)

Hakim-inspektor: Vlado Svilokos (Xorvatiya)

UEFA nümayəndəsi: Mixael Zaltser (İsveç)

Belfast, “Vindzor Park” stadionu 

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33223 səs