24/08/2019
13:00
1064
| A A A
Qarabağ - Linfield matçı rusiyalı hakimlərə tapşırıldı

Qarabağ-ın UEFA Avropa Liqasında Şimali İrlandiya Linfield-inə qarşı keçirəcəyi pley-off mərhələsinin cavab görüşü üçün bütün təyinatlar açıqlanıb.

Goal.az xəbər verir ki, avqustun 29-da Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq qarşılaşma rusiyalı hakimlər briqadasına həvalə olunub.

Baş hakim Sergey İvanova Roman Usaçov və Valeri Dançenko yan xətt, Sergey Lapoçkin isə dördüncü hakim qismində yardımçı olacaq. Lüksemburqlu Alen Hamer hakim-inspektor, sloveniyalı Marko Simyunoviç UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, cavab görüşü saat 20:00-da başlayacaq. Belfastdakı ilk matçda Linfield qalib gəlib: 3:2.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33529 səs