28/08/2019
16:13
1748
| A A A
Qurbanov avrokubokda 100-cü matçını keçirəcək

Avropa Liqasının pley-off mərhələsinin sabah keçiriləcək Linfield-lə cavab oyunu Qarabağ-ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olacaq.

Azərbaycan çempionunun çalışdırıcısı baş məşqçi kimi avrokuboklarda 100-cü oyununu keçirəcək.

47 yaşlı mütəxəssis indiyədək 99 avrokubok matçında iş başında olub. Onun yetirmələri bu matçlarda 39 qələbə qazanıblar. 40-cı – yubiley qələbəsinin astanasında olan Q.Qurbanov 27 heç-heçə və 33 məğlubiyyətə də şahidlik edib. Onun rəhbərlik etdiyi komandalar 106 qol vurub, 104-nü buraxıb.

Mütəxəssis avrokuboklara iki komandanın çalışdırıcısı kimi çıxıb. O, Neftçi-yə 2, Qarabağ-a 97 matçda rəhbərlik edib. Q.Qurbanovun debütü də paytaxt təmsilçisinin "sükanı arxası”nda olub. 2007-ci ildə UEFA kubokunun Avstriya Rid-i ilə səfər matçında onun komandası 1:3 hesabı ilə uduzub.

Q.Qurbanovun avrokubok qarşılaşmalarından 36-sı Çempionlar Liqası, 63-ü Avropa Liqasına təsadüf edib. Bu 63 matçdan ikisi turnir UEFA kuboku adlandığı vaxta, digərləri yeni format və yeni ada təsadüf edib.

Qeyd edək ki, sabah keçiriləcək Qarabağ – Linfield oyunu saat 20:00-da başlayacaq. Şimali İrlandiyada 2:3 hesabı ilə uduzan Azərbaycan çempionu ardıcıl 6-cı dəfə avrokubokların qrupuna düşmək üçün məğlubiyyətin əvəzini çıxmalıdır.(APA)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33230 səs