28/10/2019
10:56
832
| A A A
APOEL-in futbolçusu Qarabağ-la oyun ərəfəsində cəzalandı

Noyabrın 7-də UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda Qarabağ-la qarşılaşacaq Kiprin APOEL komandasında daha bir futbolçu intizamsızlığa görə cəzalanıb.

Goal.az xəbər verir ki, bu dəfə Juanzinyo baş məşqçi Tomas Dollun qəzəbinə tuş gəlib. Sol cinah müdafiəçisi mövqeyindən “Qarabağ”la Bakıdakı görüşdə (2:2) zədələnən kapitan Nikolas Yannunu əvəzləməli olan 30 yaşlı portuqaliyalı oyunçu heyətdən kənarlaşdırılıb.

Texniki heyətlə problem yaşadığı üçün cəzalanan Juanzinyo bu gün baş tutacaq Kipr çempionatının VII turunda “Nea Salamina” ilə səfər matçına aparılmayıb. Həmçinin zədəlilər - Roman Bezyak, Antonio Yakoliş və Tomas de Vinsenti heyətdə yer almayıblar.

Qeyd edək ki, Andre Vidiqal Qarabağ-la III tur oyunu ərəfəsində intizamsızlığa görə cəzalanıb. Həmçinin Musa Əl-Tamari isə Bakıda matçöncəsi məşqdə start heyətində yer almayacağını biləndən sonra baş məşqçiyə sərt etiraz edib. Ertəsi gün isə 22 yaşlı iordaniyalı hücumçu komandanın səhər toplantısına qatılmayıb. Bundan hiddətlənən Doll Tamarini heyətdən kənarlaşdırıb. Ancaq Əl-Tamari “Nea Salamina” görüşə aparılıb.

A qrupunda 3 turdan sonra İspaniya Sevilla-sı 9 xalla liderdir. Qarabağ 4 xalla 2-ci, Lüksemburq Düdelange-ı 3 xalla 3-cü sıradadır. APOEL isə 1 xalla sonuncudur. (report)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39804 səs