29/10/2019
16:09
2386
| A A A
Qarabağ-ın oyunu UEFA-nın "xüsusi matçlar" siyahısında

UEFA  Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda keçiriləcək APOEL - Qarabağ oyununu "xüsusi diqqət mərkəzində saxlanması vacib qarşılaşmalar" siyahısına daxil edib.

Goal.az-ın məlumatına görə, qitənin ali futbol qurumu Ağdam klubunun Lüksemburqda Dudulange-la keçirdiyi matçı zamanı baş verən "dron təxribatı"nı əsas götürərək bu addımı atıb.

UEFA bu məqsədlə APOEL-dən Nikosiyadakı qarşılaşmanın təhlükəsizlik tədbirlərini gücləndirməsini tələb edib.

Qeyd edək ki, APOEL - Qarabağ matçı noyabrın 7-i keçiriləcək. Bu komandalar arasında 3-cü turda keçirilən görüş 2:2 hesabı ilə başa çatıb.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
8695 səs