04/11/2019
16:02
2673
| A A A
APOEL - Qarabağ matçının hakimləri bəlli oldu

Qarabağ-ın Kiprdə APOEL-lə keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunun oyunu üçün bütün təyinatlar açıqlanıb.

Goal.az-ın məlumatına görə, qarşılaşma Avstriyadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Manuel Şüttenqruberə Roland Brandner və Robert Ştaynaxer yan xətt, Kristofer Joger dördüncü hakim qismində kömək edəcək.

Yunanıstanlı Georgios Bikas hakim-inspektor, israilli Ariel Kennet Şayman UEFA nümayəndəsi olacaq.

36 yaşlı Şüttenqruber 5 ildir FIFA referisidir. O, indiyədək Azərbaycanın heç bir komandasının oyununu idarə etməyib.

Qeyd edək ki, noyabrın 7-də Nikosiyadakı "GSP Arena"da keçiriləcək APOEL - Qarabağ matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
8695 səs