05/11/2019
10:18
971
| A A A
APOEL-də iki itki

APOEL-in iki futbolçusu Tomas de Vinsenti və Roman Bezyak Avroliqanın qrup mərhələsinin 4-cü turunda Qarabağ-la ev oyununu buraxacaq.

Goal.az xəbər verir ki, buna səbəb onların zədədən bərpa prosesinin davam etməsidir.

Komandanın digər zədəli futbolçusu Antonio Yakoliş isə tam sağalıb. O, baş məşqçi Tomas Doll şans verəcəyi təqdirdə, Ağdam klubuna qarşı oynayacaq.

Qeyd edək ki, noyabrın 7-i keçiriləcək APOEL – Qarabağ görüşü Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39804 səs