21/02/2020
13:57
1561
| A A A
Avropa Liqasında həftənin ən yaxşısına namizədlər bilindi

Avropa Liqasında 1/16 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

Goal.az UEFA-nın saytına istinadən xəbər verir ki, siyahıda Dioqo Jota (Wolverhampton), Yanis Hagi (Rangers), Lusiano Vietto (Sporting) və Daiçi Kamada (Eintracht Frankfurt) yer alıb.

UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində qalib müəyyənləşəcək.