21/02/2020
16:26
2009
| A A A
Avropa Liqasında həftənin rəmzi heyəti açıqlandı

UEFA Avropa Liqasında 1/16 final mərhələsinin ilk oyunlarından sonra həftənin rəmzi komandası məlum olub.

Goal.az turnirin rəsmi saytına istinadən xəbər verir ki, rəmzi heyətdə Salzburg-u 4:1 hesabıyla məğlub edən Eintracht-dan 3 futbolçu yer alıb:

Qapıçı: Pau Lopes (Roma);

Müdafiəçilər: Matias Olivera (Getafe), Dieqo Qodin (İnter), Sebastian Koates (Sporting), Almami Ture (Eintracht);

Yarımmüdafiəçilər: Yanis Haci (Rangers), Ruben Neves (Wolverhampton), Daiçi Kamada (Eintracht);

Hücumçular: Filip Kostiç (Eintracht), Lusiano Vietto (Sporting), Dieqo Jota (Wolverhampton).