22/02/2020
11:33
1522
| A A A
Avropa Liqasında həftənin ən yaxşısı seçildi

Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Goal.az xəbər verir ki, 1/16 final mərhələsinin ilk oyunlarının ən yaxşısı İngiltərənin Wolverhampton klubunun hücumçusu Dioqo Jota seçilib.

23 yaşlı oyunçu qurumun rəsmi saytında keçirilən səsvermədə Yanis Hagi (Rangers), Lusiano Vietto (Sporting) və Daiçi Kamadanı (Eintracht) qabaqlayıb.

Qeyd edək ki, Jota Avroliqanın 1/16 final mərhələsində Espanyol-a 4:0 hesabı ilə qalib gəldikləri oyunda 3 qol vurub.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
19330 səs