Avropa Liqası oyunu təxirə salındı
Avropa Liqasının 1/16 final mərhələsində bu gün keçirilməli olan Salzburg - Eintracht cavab matçı təxirə salınıb.
Goal.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Fırtına xəbərdarlığına görə oyun baş tutmayacaq. Görüşün nə vaxt keçirilməsi haqda xəbər verillməyib.
Qeyd edək ki, Frankfurtdakı ilk görüşdə Eintracht rəqibini 4:1 hesabı ilə məğlub etmişdi.
Bizi hansı ölkədən izləyirsiniz?
AZƏRBAYCAN
TÜRKİYƏ
RUSİYA
DİGƏR