06/04/2021
15:22
1557
| A A A
Beşiktaş Avropanın ən məhsuldar klubları arasında

Avropada 2020/2021 mövsümündə 10 liqanın ən məhsuldar klublarının reytinqi açıqlanıb.

Goal.az xəbər verir ki, siyahı çempionatın aparıcı komandaların hər oyuna orta hesabla qol sayı üzrə hazırlanıb.

Birinci yeri Niderland təmsilçisi Ajax tutur. Amsterdam komandası hər oyuna orta hesabla 3,1 qol vurur.

Bayern Münich 2-ci (2,9 qol), Manchester City 3-cü (2,6 qol) yerdə qərarlaşıb.

Türkiyə Super Liqasının lideri Beşiktaş isə 2,1 qolla Porto və PSG ilə birgə 7 - 9-cu yerləri bölüşür. "Qartallar" yalnız Rangers-dən (2,2 qol) öndədir. 4 - 6-cı yerləri hərəyə 2,3 qolla Zenit, Barcelona və Atalanta tutur.(report)

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11334 səs