15/04/2021
10:40
837
| A A A
Avropa Liqasında yarımfinalçılar müəyyənləşir

Bu gün Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək.

Goal.az xəbər verir ki, bütün qarşılaşmalar eyni gündə baş tutacaq və eyni saatda başlayacaq.

Roma səfərdə məğlub etdiyi Aajx-ı bu dəfə doğma meydanda qəbul edəcək. Manchester United isə Granada ilə cavab görüşündə ilk oyunda qazandığı üstünlüyünü qorumağa çalışacaq.

Villarreal Zaqreb Dinamo-su ilə münasibətlərinə aydınlıq gətirəcəksə, Arsenal Praqa Slavia-sının qonağı olacaq.

Avropa Liqası

1/4 finalın cavab oyunları

23:00. Roma – Ajax (ilk oyun 2:1)

23:00. Manchester United – Granada (2:0)

23:00. Slavia – Arsenal (1:1)

23:00. Villarreal – Dinamo (1:0)

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11022 səs