15/04/2021
11:44
912
| A A A
UEFA-dan Slavia-nın futbolçusuna 10 oyunluq cəza!

UEFA Çexiyanın Slavia Praga komandasının futbolçusu Andrey Kudela ilə bağlı yekun qərarını açıqlayıb.

Goal.az xəbər verir ki, 34 yaşlı müdafiəçi irqçiliyə yol verdiyinə görə sərt cəza alıb. O, 10 oyunluq diskvalifikasiya olunub.

Kudela Praqa təmsilçisinin səfərdə Şotlandiya Rangersi-ini 2:0 hesabı ilə məğlub etdiyi Avropa Liqasının 1/8 final mərhələsinin cavab matçında rəqib komandanın yarımmüdafiəçisi Qlen Kamaraya qarşı irqçi ifadələr işlədib. Nəticədə arxa xətt oyunçusu final fitindən sonra tuneldə təhqir etdiyi futbolçu tərəfindən döyülüb. Kamara bu hərəkətinə görə 3 oyunluq cəzalandırılıb.

Qeyd edək ki, ilk matçda Rangers-lə 1:1 hesablı heç-heçə edən Slavia cavab görüşündə 2:0 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib. Praqalıların bu raunddakı rəqibi isə İngiltərə Arsenal-ıdır. Londondakı ilk qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb. Cavab görüşü bu gün Çexiyada olacaq. (matc)

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11022 səs