16/04/2021
12:27
1827
| A A A
Unay Emeri tarixə keçdi

Villarreal-ın baş məşqçisi Unay Emeri Avropa Liqasında yeni rekorda imza atıb.

Goal.az xəbər verir ki, onun komandası 1/4 finalda Dinamo Zagreb-i mübarizədən kənarlaşdıraraq (1:0, 2:1) yarımfinala adlayıb.

Bununla da ispaniyalı çalışdırıcı karyerasında 6-cı dəfə turnirin yarımfinalına yüksəlib ki, indiyədək bunu bacaran baş məşqçi olmayıb.

Emeri 2012-ci ildə Valencia, 2014, 2015 və 2016-cı illərdə Sevilla, 2019-cu ildə Arsenal-la final uğrunda mübarizə aparıb. O, Sevilla ilə 3 dəfə Avroliqanın qalibi adını da qazanıb.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11022 səs