27/04/2021
16:47
901
| A A A
Avropa Liqası oyunlarının hakimləri bilindi

UEFA Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyunları üçün hakim təyinatlarını açıqlayıb.

Goal.az xəbər verir ki, Manchester United- Roma görüşü İspaniya Futbol Federasiyasından Karlos del Serroya həvalə olunub. Ona Xuan Yuste və Roberto Alonso köməklik edəcək. Dördüncü hakim funksiyasını Xesus Xil Mansano yerinə yetirəcək.

Villarreal - Arsenal matçı isə Portuqaliya Futbol Federasiyasından Artur Diasa tapşırılıb. Köməkçi hakimlər Ruy Tavareş, Paulu Soareş, dördüncü hakim Tyaqu Martinş olacaq.

Qeyd edək ki, hər iki oyun aprelin 29-u keçiriləcək.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11022 səs