01/05/2021
12:24
918
| A A A
Avropa Liqasında həftənin rəmzi yığması bilindi

UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunlarından sonra həftənin rəmzi komandası açıqlanıb.

Goal.az xəbər verir ki, "11-liy"ə Manchester United klubundan 6, Arsenal-dan və Villarreal-dan hərəyə 2, Roma-sından isə 1 futbolçu düşüb.

Qapıçı: Bernd Leno (Arsenal, İngiltərə)

Müdafiəçilər: Aaron Van-Bissaka, Harri Maquayr, Lük Şou (hamısı Manchester United, İngiltərə), Raul Albiol (Villlarreal, İspaniya)

Yarımmüdafiəçilər: Nikolya Pepe (Arsenal, İngiltərə), Brunu Fernandeş, Pol Poqba (hər ikisi Manchster United, İngiltərə), Samuel Çukvueze (Villarreal, İspaniya)

Hücumçular: Edinson Kavani (Manchester United, İngiltərə), Edin Dzeko (Roma, İtaliya)

Qeyd edək ki, Manchester United Roma-nı 6:2, Villarreal isə Arsenal-ı 2:1 hesabı ilə məğlub edib.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11022 səs