07/05/2021
12:54
1259
| A A A
Avroliqada həftənin ən yaxşısı adına 4 namizəd

UEFA Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.

Goal.az xəbər verir ki, bu ada Manchester United-dən Edinson Kavani, Arsenal-dan Pablo Mari, Roma-dan Brian Kristante və Villarreal komandasından Raul Albiol iddia edir.

Kavani Roma-ya 2:3 hesabı ilə uduzduqları oyunda dubl edib. Kristante həmin qarşılaşmada fərqlənib.

Albiolun ötürmələrinin 80 faizi Arsenal-la görüşdə dəqiq alınıb. Pablo Mari həmin dueldə 90 faiz dəqiq ötürmə ilə oynayıb.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.