07/05/2021
13:27
1424
| A A A
Emeridən rekord göstərici

Villarreal-ın baş məşqçisi Unay Emeri avrokuboklarda rekorda imza atıb.

Goal.az xəbər verir ki, ispaniyalı mütəxəssisin rekordu Avroliqanın yarımfinalında Arsenal-la cabab matçından (0:0) sonra qeydə alınıb. Onun komandası iki oyunun nəticəsinə görə finala yüksəlib. Bu, Emerinin karyerası ərzində Avroliqada 5-ci finalı olacaq. İndiyədək heç bir baş məşqçi 5 dəfə finala çıxmayıb.

Buna qədər Aleks Ferquson, Karlo Ançelotti, Marçello Lippi və Migel Munos baş məşqçi kimi 4 final həyəcanı yaşayıb.

Xatırladaq ki, Emeri 3 dəfə (2013/2014, 2014/2015 və 2015/2016) Sevilla ilə Avropa Liqasının qalibi olub.