23/05/2021
10:40
1167
| A A A
Manchester United-də ciddi itki

Manchester United Avropa Liqasının final oyununa ciddi itki ilə çıxacaq.

Goal.az xəbər verir ki, “qırmızı şeytanlar”ın kapitanı Harri Maquayr zədə səbəbindən Villarreal-la keçiriləcək həlledici matçı buraxacaq.

Bu barədə komandanın baş məşqçisi Ole-Qunnar Sulşer yerli mətbuata açıqlama verib.

Qeyd edək ki, Avropa Liqasının final matçı mayın 26-da oynanılacaq.