27/05/2021
10:40
1524
| A A A
Emeri Avropa Liqasının tarixinə düşdü

Villarreal-ın baş məşqçisi Unay Emeri Avropa Liqasında rekorda imza atıb.

Goal.az xəbər verir ki, ispaniyalı mütəxəssis 4 dəfə turnirin qalibi olan ilk baş məşqçi olub.

2013/14, 2014/15 və 2015/16 mövsümlərində Sevilla ilə kuboku qazanan Emeri bu gün Villarreal-ın sükanı arxasında finalda Manchester United-i üstələməklə qalib olub.