27/05/2021
19:22
980
| A A A
Avropa Liqasında həftənin oyunçusu bilindi

Avropa Liqasında final matçından sonra həftənin futbolçusunun adı məlum olub.

Goal.az xəbər verir ki, həftənin ən yaxşısı Villarreal-ın yarımmüdafiəçisi Etyen Kapu olub. Fransalı oyunçunun finalda Manchester United-lə matçda verdiyi ötürmələrin 81 faizi dəqiq alınıb.

Qeyd edək ki, əsas və əlavə vaxtı 1:1 hesabı ilə yekunlaşan final oyununun penaltilər seriyasında Villarreal Manchester United-ə 11:10 hesabı ilə qalib gəlib.